...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Zəfər Abidəsini ziyarət edib

08-11-2026 | 12:09

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi 8 noyabr – Azərbaycan Respublikasında Zəfər Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və suverenliyin bərqərar olunmasında canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.