...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib

26-02-2026 | 16:24

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər. 

Ziyarət zamanı abidə önünə tər güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.