...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

10-05-2026 | 10:45

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəhbər şəxsləri və kollektivi tərəfindən müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində yerləşən əzəmətli abidəsi ziyarət olunub, önünə tər güllər düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər fəaliyyətinin bütün dövrlərində məhkəmə-hüquq sisteminin, o cümlədən ədliyyə orqanlarının inkişafına xüsusi qayğı ilə yanaşıb. Ədliyyə Nazirliyinin dövlət strukturu kimi formalaşdırılması və inkişafı da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.