...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20-01-2026 | 13:51

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəhbər heyəti və kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb. Vətən və azadlıq uğrunda göstərilən fədakarlıq bir daha hörmət və minnətdarlıqla anılıb.