...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20-01-2025 | 14:51

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Bu ziyarət Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq həyata keçirilib.

Ədliyyə Nazirliyinin rəhbərliyi və əməkdaşları xiyabanda şəhidlərin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Vətən sevgisi və azadlıq uğrunda fədakarlıq nümunəsi olan qəhrəmanların xatirəsi bir daha dərin minnətdarlıqla anılıb.

Qeyd edək ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinə qan yaddaşı kimi həkk olunub. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı milli azadlıq uğrunda mübarizəsini qəhrəmanlıqla davam etdirərək, müstəqilliyə gedən yolda əzmi və iradəsi ilə tarix yazıb. Həmin gün xalqımızın azadlıq ruhunun sarsılmazlığını dünyaya nümayiş etdirən unudulmaz bir qəhrəmanlıq səhifəsidir.