Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, naziri müavini Hüseyn Səfərov çıxış edərək Vətən müharibəsinin Azərbaycanın tarixində mühüm yer tutduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlığın xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib.
Vətən müharibəsi şəhidi Emin Sadiqovun anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova isə çıxışında şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısında göstərdiyi fədakarlıqdan danışıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini Emin Kazımov da çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərin qəhrəmanlığından və onların xatirəsinə göstərilən ehtiramdan bəhs edib.
Tədbirin sonunda nazirliyin əməkdaşlarının şəhidlər, Vətən müharibəsi və Anım Günü ilə bağlı fikirləri dinlənilib. Çıxışlarda şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.
![]() |
![]() |
![]() |
![]() |



_1790497056.jpeg)