...

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Şahbuz rayonunda vətəndaşları qəbul edəcək

10-06-2024 | 12:43

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov iyun ayının 25-də Şahbuz Rayon İcra və Probasiya Bölməsində vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar Şahbuz Rayon İcra və Probasiya Bölməsinə(ünvan: Şahbuz şəhəri, H.Ə.Əliyev küçəsi, əlaqə telefonu: 036 543-01-74, 077 511 11 51), habelə Ədliyyə Nazirliyinə (036 544-54-70, 050 558 38 00 nömrəli telefon və info@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.