Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov panel müzakirədə iştirak edib
Naxçıvan şəhərində təşkil edilən “GreenFest” çərçivəsində "İqlim təsirlərindən irəli gələn itkilərin və zərərin ödənilməsində hüquqi məsuliyyət" mövzusunda
panel müzakirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi "Ekoloji hüquqpozmalar hüquqi müstəvidə", Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev "İqlim dəyişikliyinin qarşının alınmasnda beynəlxalq münasibətlərin rolu" və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov "İqlim çağırışlarına hüququn cavabı:retrospektiv baxış" mövzusunda çıxış edib, verilən sualları cavablandırıblar.
Qeyd edək ki, müzakirənin məqsədi ekoloji problemlərə hüquqi konteksdə yanaşmaq, əhalini bu sahədə maarifləndirmək, muxtar respublikanın təbii resurslarından səmərəli istifadə edilməsinin vacibliyinə toxunmaq, eyni zamanda COP29-un məqsədlərinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.