...

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini Culfa rayonunda vətəndaşları qəbul edib

12-03-2026 | 17:53

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov 12 mart tarixində Culfa rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Hüseyn Səfərov Ümummilli Lider Heydər Əliyevin Culfa şəhərindəki abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, qəbul “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu qrafiki”nə əsasən həyata keçirilib.