...

Naxçıvan MR Ədliyyə Nazirliyinin kollektivi Zəfər Abidəsini ziyarət edib

08-11-2025 | 11:40

2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının şanlı Qələbəsi ilə başa çatıb. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı bu tarixi qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, torpaqlarımız işğaldan azad edilib. Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr – Azərbaycan Respublikasında Zəfər Günü təsis edilib.

Bu münasibətlə Ədliyyə Nazirliyinin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Abidəsinin önünə gül dəstələri qoyub, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.