Naxçıvan MR Ədliyyə Nazirliyində Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib
Tədbirdə Ümumilli Liderin Naxçıvanda fəaliyyəti dövründə mətbuat xidmətinin rəhbəri olmuş Qahirə Hüseynova iştirak edib, Ulu Öndərlə bağlı öz təəsüratlarını bölüşüb.
Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində tədbir keçirilib.
Nazirliyin əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Həmçinin Nazirliyin inzibati binasının foyesində Ulu Öndərin büstü qarşısına gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib
Ədliyyə Nazirliyinin aparatının və tabe qurumların əməkdaşlarının iştirak etdiyi tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov tədbiri çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. Heydər Əliyev ideyalarının onun siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi, Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın azad edilərək Ulu Öndərin ən ümdə vəsiyyətinin şərəflə yerinə yetirildiyi qeyd olunub.
Tədbirə dəvət olunmuş uzun illər Ulu Öndər Heydər Əliyevə sədaqətlə xidmət edən, Naxçıvanın, ümumiyyətlə, ölkəmizin ən çətin və mürəkkəb dövründə Ulu Öndərin yaxın silahdaşlarından olan, onun böyük idarəçilik qabiliyyətinin, zəngin həyat təcrübəsinin şahidi Azərbaycanın Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə HüseynovaUlu Öndərlə bağlı xatirələrini bölüşüb. Heydər Əliyevin Moskvadan Vətəninə qayıdışından, həmyerliləri ilə izdihamlı görüşündən bəhs edib. Bildirib ki, insanların onu böyük sevgi və sevinclə qarşılayır, naxçıvanlıların üzləşdiyi çətinliklərin yalnız bu dahi siyasətçinin rəhbərliyi ilə aradan qaldırılacağına inam ifadə edirdilər.
Q.Hüseynova Ümummilli Liderin böyük məktəb, həyat və fəaliyyətinin isə hər kəs, xüsusilə gənclər üçün bir örnək olduğunu söyləyib.
Xalqımızın milli sərvəti olan Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsində tədbirin əhəmiyyəti qeyd olunaraq Ulu Öndərin xalqımızın qəlbində əbədi yaşayacağı, əziz xatirəsinindaim dərin hörmət və ehtiramla anılacağı bildirilib.