Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində maarifləndirici seminar keçirilib
Yanvar ayının 26-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır. Fövqəladə hallar zamanı davranış qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminar zamanı muxtar respublika ərazisi üçün səciyyəvi olan fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hallar zamanı davranış qaydaları, qış fəslinə xas hadisələr, mənzillərdə qaz və elektrik cihazlarından təhlükəsiz istifadə, eləcə də məişətdə dəm qazı təhlükəsindən qorunma yolları barədə ətraflı söhbət açılıb. Həmçinin qeyd olunub ki, mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydalarını hər kəs bilməlidir.
Tədbirin sonunda mövzu ətrafında hazırlanmış videomateriallar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
![]() |
![]() |
![]() |
_1769435924.jpeg)
_1769435958.jpeg)
_1769436008.jpeg)