Naxçıvan MR ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Ordubadda vətəndaş qəbulu keçirib
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov mayın 14-də Ordubad rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Hüseyn Səfərov Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə birgə Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbul zamanı Ordubad rayon vətəndaşlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, müvafiq izahlar verilib, əlavə araşdırma tələb edən digər müraciətlərlə bağlı isə mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə Nazirliyin aidiyyəti struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
![]() |
![]() |
![]() |
![]() |
![]() |



_1778769377.jpeg)
_1778769393.jpeg)