Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Kəngərlidə vətəndaş qəbulu keçirib
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov iyulun 22-də Kəngərli rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Hüseyn Səfərov Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovla birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbul zamanı Kəngərli rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlər üzrə müvafiq izahlar verilib, əlavə araşdırma tələb edən digər müraciətlərlə bağlı isə mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə nazirliyin aidiyyəti struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
![]() |
![]() |
![]() |
![]() |
_1784725781.jpeg)
_1784725802.jpeg)

_1784725874.jpeg)