Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş şəxslər üçün “Narkomaniyaya qarşı mübarizə – sağlam gələcək naminə” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov giriş sözü ilə çıxış edib.
Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Bəhruz Əmirov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Mirabdulla Seyidov və Y. Budaqov adına Psixi Xəstəliklər Dispanserinin həkim-narkoloqu Azad Şükürlü çıxışlarında narkomaniyanın fəsadları, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, eləcə də onların qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti barədə danışıblar.
Çıxışlarda narkotik asılılığının qarşısının alınmasında maarifləndirmənin, sağlam həyat tərzinin təşviqinin və hüquqazidd əməllərdən uzaq durmağın vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış bukletlər paylanılıb, narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş etdirilib.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





_1791815156.jpeg)