...

“Muxtariyyətin 100 illik tarixi dövründə yerli özünüidaretmənin formalaşması” mövzusunda konfrans keçirilib

24-04-2024 | 09:27

Aprelin 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə“Muxtariyyətin 100 illik tarixi dövründə yerli özünüidaretmənin formalaşması” mövzusunda konfrans keçirilib. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində baş tutan konfransda yerli icra hakimiyyətləri aparatlarının əməkdaşları, bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

“Gənclik” Mərkəzində davam edən tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, yaşadığımız tarixi günlər bizim üçün çox əhəmiyyətlidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi bacarığı və səyi nəticəsində artıq torpaqlarımızın bütövlüyütəmin edilib. Son günlərdə Rusiya sülhməramlılarının azad olmuş ərazilərdən çıxarılması və Qazax rayonununişğalda olan 4 kəndinin azad edilməsiisə siyasi iradənin növbəti təntənəsidir. 

Qeyd olunub ki, Ulu Öndər siyasi hakimiyyətə yenidən qaydandan sonra bir çox sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də canlanma baş verib, dahi şəxsiyyət dövlət idarəçiliyinin formalaşması üçün xüsusi işlər görüb və tapşırıqlar verib. Vətən müharibəsindən sonra isəPrezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm islahatlara başlanılıb. Torpaqlarımız azad olunduqdan sonra ölkə və muxtar respublika üçün dövlət idarəçiliyində xüsusi dövr başlayıb.Muxtar respublikada 2023-cü ildən etibarənmüasir həyat standartlarına uyğun islahatların başlanıldığını diqqətə çatdıran səlahiyyətli nümayəndənin müavini vurğulayıb ki, buproseslərdə birbaşa əhali ilə işləyən qurum kimi bələdiyələrin rolu əvəzsizdir. Şübhəsiz ki, bu sahədə aparılan islahatlar bələdiyyələrin müasir standartlara uyğun formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə daha böyük təkan verəcək.

Konrfansda Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov bələdiyyə institutunun keçdiyi inkişaf yolundan danışıb. Nazir müavini vurğulayıb ki, mövcud qanunvericiliyin tələbinə əsasən bu il ölkəmizdə  növbəti bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə dövlət səviyyəsində müvafiq işlərə başlanılıb. Belə ki, ölkə başçısıtərəfindən 16 aprel 2024-cü il tarixdə imzalanmış Fərmanla “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə əsasən əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyələr digər bələdiyyələrlə ilə birləşdirilir. Dəyişiklik yerli özünüidarəetmədə qeyri-effektiv xərclərin aradan qaldırılmasına, bu qurumların maliyyə-iqtisadi və kadr potensialının artırılması və bununla da yerli əhəmiyyətli məsələlərin həllində dövlətin maliyyə yükünün azalması, habelə bu sahəyə dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədinə xidmət edir.

Konfransda çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya ve Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoruYaşar Rəhimovmuxtariyyətin yaranmasının tarixi zərurəti, inkişaf yolu və onun qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlı ətraflı məlumat vermişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov, Sahbuz rayonu Kolanı bələdiyyəsinin sədri Gülnarə İsmayılova, Naxçıvan bələdiyyəsinin sədri, eyni zamanda Şəhər bələdiyyələri assosiasiyasının sədriNuraləm İbrahimov, Ordubad rayonu Dəstə bələdiyyəsinin sədri, Navçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, həmçinin Kənd bələdiyyələriassosiasiyasının sədriTofiq Babayev və Ordubad rayonu Xanağa bələdiyyəsinin sədri Minayə Əlverdiyeva çıxışlar ediblər. Çıxışlarda tarixi zərurətdən yaranan muxtariyyət və onun qorunub saxlanılmasında Ümummilli Liderin misilsiz xidmətləri, bələdiyyələrin Naxçıvan Muxtar Respublikasının dövlətçilik tarixində yeri ve rolu, yerliözünüidarəetmədə gender bərabərliyi siyasəti və digər məsələlərdən bəhs olunub.

Konfrans konsert proqramı ilə başa çatıb.