Muxtar respublikanın ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı iyul ayının 21-də keçiriləcək
Naxçıvan Muxtar Respublikası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 22 aprel 2024 tarixdə elan olunmuş açıq müsabiqə üzrə ərizələrin qəbulu 22 iyun 2024-ci il tarixdə başa çatmışdır. Xatırladaq ki, müsabiqəyə çıxarılan vakant vəzifələr yerli icra və probasiya qurumlarınadır.
Müraciət etmiş namizədlərlə test imtahanı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində iyul ayının 21-də saat 10:00-da Naxçıvan şəhər, Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər test imtahanında iştirak etmək üçün ödənişin aparılması və imtahana buraxılış vəsiqəsinin əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytına (https://exidmet.dim.gov.az/elimt/EdliyyeNaxcivan) daxil ola bilərlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış imtaan binasının qarşısına gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
Qeyd edək ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (036) 545-00-69, 060-313-12-12 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.