“Misilsiz tarixi əhəmiyyətli qələbənin memarı” mövzusunda tədbir keçirilib
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan “Misilsiz tarixi əhəmiyyətli qələbənin memarı” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Şəhər, Qəsəbə Kənd Bələdiyyələri Assosasiyaları ilə birgə təşkli olunan tədbirdə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları, muxtar respublika üzrə bələdiyyələrin sədrləri və qulluqçuları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov çıxış edərək bildirib ki, 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən möhtərəm Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib. Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Sonra Naxçıvan bələdiyyəsinin sədri-Şəhər bələdiyyələri asssosiasiyasının sədri Nuraləm İbrahimov, Naxçıvan şəhəri Əliabad bələdiyyəsinin sədri, Qəsəbə bələdiyyələri assosasiyasının sədri - Elnur İsmayılov və Ordubad rayonu Dəstə bələdiyyəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Kənd bələdiyyələri asssosiasiyasının sədri Tofiq Babayev mövzu ilə bağlı çıxış ediblər. Çıxışlar zamanı cənab Prezident İlham Əliyevin ötən 20 il ərzində dövlətimizin inkişafı istiqamətində gördüyü işlər, apardığı uğurlu daxili və xarici siyasətindən bəhs edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentlik fəaliyyətinin qısa dövründən bəhs edən “Zəfərə gedən 20 il adlı” sənədli film izlənilib.