...

Məhkumların tibbi müayinəsi həyata keçirilib

12-11-2025 | 08:44

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumların tibbi müayinələri həyata keçirilib.

Müayinələr çərçivəsində məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilmiş, hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılmışdır.
Aparılan müayinələr məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin edilməsi və vaxtında profilaktik tədbirlərin görülməsi məqsədi daşıyır.