Məhkumların hüquq və vəzifələrinə dair maarifləndirici tədbir keçirilib
Martın 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) birgə təşkilatçılığı ilə Qarışıq rejimli cəzaçəkmə müəssisəsində “Məhkumların hüquqlarının müdafiəsi” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd cəza çəkən şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılması, onların hüquqi biliklərinin artırılması olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin şəxsi heyəti və cəza çəkən şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin ədliyyə leytenantı Səid Haxverdiyev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Babək Hacıyev tədbirin əhəmiyyətindən danışaraq bu cür maarifləndirici görüşlərin cəza çəkən şəxslərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Panel çıxışları zamanı Ombudsman Aparatının əməkdaşı Həsən Həsənov “Məhkumların hüquqlarının müdafiəsi” mövzusunda çıxış edərək cəza çəkən şəxslərin qanunvericiliklə müəyyən olunmuş hüquqları və onların təmin olunması mexanizmləri barədə danışıb.
Tədbir çərçivəsində Penitensiar Xidmətin cəzaçəkmə müsəssisəsinin ədliyyə leytenantı Elşən Abbasov “Cəza çəkən şəxslərin vəzifələri” mövzusundakı çıxış zamanı məhkumların müəssisə daxilində davranış qaydaları, qanunvericiliyə uyğun öhdəlikləri və məsuliyyətləri haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
![]() |
![]() |
![]() |


