Məhkumlar üçün konsert təşkil olunub
28-12-2023 | 18:25
Dekabrın 28-də “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı” münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün konsert proqramı təşkil olunub.
Əvvəlcə xidmətin Tərbiyə işinin təşkili bölməsinin böyük inspektoru Muşviq Cəfərov çıxış edərək məhkumları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara səmimi arzularını çatdırıb.
Sonra keçirilən tədbirdə Naxçıvan şəhər Musiqi Kollecinin əməkdaşları konsert proqramı ilə çıxış ediblər.
Konsert proqramı məhkumların əhval-ruhiyyəsinin yaxşılaşdırılması və yeni il abu-havası yaratmaqla onlar tərəfindən böyük rəğbətlə qarşılanıb.