Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi diqqətdə saxlanılır
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov giriş sözü ilə çıxış edib. Çıxışda məhkum olunmuş şəxslərin cəmiyyətə reinteqrasiyası prosesində hüquqi maarifləndirmə və psixoloji dəstəyin əhəmiyyətindən danışılıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin psixoloji ekspertiza bölməsinin rəisi Fərid Məmmədov və Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu Ramal Bəhlulov çıxış edərək məhkum olunmuş şəxslərlə aparılan psixoloji işin əhəmiyyəti, onların sosial adaptasiyası və hüquqi biliklərinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Tədbirin sonunda Məhkəmə Ekspertizası Mərkəzinin psixoloqları və Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu tərəfindən məhkum olunmuş şəxslərlə fərdi qaydada görüş keçirilib, onlara hüquqi və psixoloji yardım göstərilib.
![]() |
![]() |
![]() |

_1778162065.jpeg)
_1778162427.jpeg)