...

Məhkəmə qərarlarının icrası diqqətdə saxlanılır

30-04-2024 | 15:22

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qəraralarının icrası diqqətdə saxlanılır. Bu məqsədlə növbəti profilkatiki tədbir Şərur rayonunun Xələc kəndində rayon icra və probasiya şöbəsinin icraatında olan aliment və digər işlər üzrə borclu şəxslərlə keçirilib.  

Tədbirdə nazirliyin İstintaq bölməsinin baş müstəntiqi Asət Mirzəyev, İcra və probasiya şöbəsinin baş məsləhətçisi Rahib Səfərov və məsləhətçisi Əbülfəz Gülməmmədov, çıxış ediblər. 

Çıxışlarda məhkəmə və digər orqanların qərarlarının yerinə yetirilməsi ilə bağlı qanunvericilikdən irəli gələn məsələlərə toxunulub. Əsasən aliment borcunun ödənilməməsi ilə bağlı daxil olan müraciətlərin olduğunu diqqətə çatdıran əməkdaşlar, bütün hallarda uşaq mənafelərinin üstünlük təşkil etdiyini, alimentin vaxtında ödənilməməsinin onların mənafelərinə xələl gətirəcəyini bildiriblər.

Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını həyata keçirən icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra məmurunun tələblərininin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

Sonra məhkəmə qərarı üzrə borclu vətəndaşlar dinlənilib, yaranan problemlər və çatışmazlıqlar müzakirə olunub və iştirakçıların suallarına aydınlıq gətirilib.