“Məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 29 dekabr tarixində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində “Suverenlik ilində məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda seminar-mühazirə keçirilib.
Tədbirdə əvvəlcə Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Cəmilə Hüseynova və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, kiçik ədliyyə müşaviri Emin Əliyev çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamın hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndiriblər.
Daha sonra Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həsən Babayev “Konstitusiya və suverenlik ilinin məhkəmə ekspertizasına müsbət təsiri”, Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Məhəmməd Həşimov “Konstitusiya və suverenlik ili birliyimizin və həmrəyliyimizin ifadəsidir”, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Cəmilə Hüseynova “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili” mövzularında geniş nitq söyləyiblər.
Sonda iştirakçılar tərəfindən “Konstitusiya və Suverenlik ili”nə dair verilən suallar cavablandırılaraq diskusiya aparılıb.
![]() |
![]() |
![]() |
![]() |



