...

Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Türkiyə Respublikasında təlimdə olub

18-05-2024 | 12:28

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası istiqamətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Türkiyə Respublikasının təcrübəsindən yararlanmaları məqsədilə təlimlərə cəlb edilirlər. Müvafiq olaraq cari ilin 15 aprel - 10 may tarixlərində ekspertlər Türkiyə Respublikasının Ankara şəhərində Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının Məhkəmə Ekspertizası İdarəsinin təşkil etdiyi “Rəqamsal dəlillər və məlumat daşıyıcılarını birə-bir nüsxəsinin alınması, sabit disklərin tədqiqi” adlı təlimdə olublar.

Həmin təlimdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin eksperti Süleyman İmanov da də iştirak edib.

Mərkəzin eksperti təlim zamanı maddi sübutların qəbulu və təhvili prosesləri, ekspertizanın aparılma qaydaları, proqram təminatları və qurğuları ilə əyani tanış olub,  müvafiq ekspertizaların aparılması ilə bağlı  praktiki məşğələlərdə iştirak edib.