
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş hibrid vebinar keçirilib
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər davam etdirilir.
Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma və Qanunvericilik” mövzusunda hibrid formatlı vebinar təşkil olunub.
Vebinarda Ədliyyə nazirinin vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov və Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış ediblər.
Proqram çərçivəsində müxtəlif mövzularda təqdimatlarla çıxış edən mütəxəssislər rəqəmsal inkişaf, konstitusiya normalarının tətbiqi, normayaratma prosesləri və suverenliyin müasir çağırışlara uyğun qorunması mövzusunda fikirlərini bölüşüblər.
Vebinar iştirakçıları həmçinin “Rəqəmsal inkişaf və dövlət”, “Tarixin izi ilə, Ali qanunun hazırlanması və konstitusion anlayışların mahiyyəti”, “Konstitusiyaya nəzarət mexanizmi və normayaratma prosesində Naxçıvan MR Ədliyyə Nazirliyinin rolu”, “Suveren Azərbaycan Respublikası” və “Ədliyyə fəaliyyəti konstitusion əsasda, Konstitusiya və suverenlik hüquqi dövlət nəzdində” kimi mövzularda çıxışlar ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü ildə imzaladığı Sərəncama əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və bu çərçivədə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |