Kəngərlidə vətəndaşların müraciətləri dinlənilib
27-10-2023 | 17:53
Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Açıq qapı günləri çərçivəsində muxtar respublikanın şəhər və rayonlarında təşkil edilən qəbullar davam etdirilir. Həmin çərçivədə növbəti qəbul oktyabrın 27-də Kəngərli Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Həmçinin, başqa qurumlara aid məsələrlə bağlı vətəndaşlara aidiyyəti üzrə müraciət etmələri tövsiyə edilib.
Qeyd edək ki, vətəndaş müraciətlərinin dinlənilməsi hər ay üzrə keçirilir, növbəti görüşün Babək rayonunda keçirilməsi nəzərdə tutulub.