"Kəlbəcər şəhəri günü" qeyd olunub
Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməkdaşların iştirakı ilə 25 noyabr-Kəlbəcər Şəhəri Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək böyük zəfər qazanması,düşmənə vurulan zərbə, şərəfli hərbi əməliyyatlar və diplomatik müstəvidə aparılan danışıqlarla əldə olunan qələbədən danışıb.
Sonra çıxış edən Xidmətin Qeydiyyat bölməsinin rəisi Musa Hüseynov 30 ilə yaxın müddətdə xalqımızın ürəyində düyün bağlamış yurd həsrətinin artıq başa çatdığını işğal altında olan şəhər və kəndlərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, cəsur Azərbaycan əsgərlərinin əzm və iradəsi nəticəsində azad edildiyini, hazırda həmin ərazilərdə aparılan sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərinin bütün dünyaya örnək olduğunu vurğulayıb.