...

         İstintaq fəaliyyətində məhkəmə ekspertizalarının əhəmiyəti mövzusunda seminar-mühazirə keçirilib

24-11-2023 | 17:03

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə kursantlar üçün “Cinayətlərin açılmasında və cinayətkarların müəyyən olunmasında  əl barmaq izlərinin əhəmiyyəti, onların müəyyn edilməsi, götürülməsi və qablaşdırılması qaydası” mövzusunda  seminar-mühazirə keçirilib.

Orta İxtisas Polis Məktəbinin rəisi Kamil Məmmədəliyev tədbirdə açılış nitqi ilə çıxış edərək Ədliyyə Nazirliyinin rəhbərliyinə mövzu ilə əlaqədər təşkilatçılığına görə təşəkkür edib və kursantlara istintaq fəaliyyətində məhkəmə ekspertizalarının əhəmiyyətindən danışıb.

Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Rafiq Cəfərov tədbir iştirakçılarına məhkəmə ekspertiza fəaliyyətinin tarixi inkişaf yolundan bəhs edib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışıb. Məlumat verilib ki, müasir elmi-texniki imkanları ilə ötən dövrdə ekspertiza tədqiqatlarının tam, obyektiv və hərtərəfli aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına nail olunub.

Sonra mərkəzin eksperti Cavid Əliyev tərəfindən kursantlara nəzəri olaraq əl-barmaq izlərinin cinayətlərin açılmasında və cinayətkarların müəyyən olunmasında əhəmiyyəti, hadisə yerinin mühafizəsi, əl-barmaq və papilyar naxış izlərinin tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılmsı barədə məlumatlar verilib. Ekspertin təqdimatında daktiloskopiyanın tarixi, daktiloetmə prosesi, əl-barmaq izlərinin xüsusiyyətləri, hadisə yerində və laboratoriya şəraitində müxtəlif obyektlər üzrində əl-barmaq izlərinin aşkar ediməsi və götürülməsi ilə bağlı təlimatlandırıcı video  nümayiş etdirilib.