...

İcradan yayınan borclularla növbəti görüş keçirilib

28-07-2023 | 17:13

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunmasına xüsusi diqqət yetirir,  əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirir. Bu istiqamətdə  profilaktika və hüquqi maarifləndirmə işi də mütəmadi olaraq davam etdirilir. Bu sahəsində növbəti profilkatiki görüş iyulun 28-də Şahbuz Şəhər Mərkəzində keçirilib. Görüşdə Şahbuz rayon İcra və Probasiya Bölməsinin icraatında olan icra işləri üzrə borclu şəxslər iştirak ediblər.

Görüşdə nazirliyin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları məhkəmə və digər orqanların qərarlarının vaxtında icra edilməsi, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrini vaxtında yerinə yetirməyən, ödəmələrdən yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsinin hüquqi proseduru barədə məlumat veriblər.

Bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında icra etməyən və ya ödənişləri gecikdirən borclular Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İlkin olaraq icra məmurunun tələblərininin yetrilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə, eləcə də icra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunurlar.

Sonda mövzu ilə əlaqədar borculularla geniş müzakirələr aparılıb, icra sənədi üzrə nəzərdə tutulan ödəmələrin vaxtında ödənilməsinin vacibliyi qeyd edilib.