...

Hüseyn Səfərov Ordubadda vətəndaşları qəbul edib

29-03-2024 | 18:03

Martın 29-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Ordubad rayonunda ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərinə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, şikayət və ərizələri sənədləşdirlib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, müvafiq izahlar verilib, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.