Hüseyn Səfərov cəzaçəkmə müəssisəsinə baş çəkib
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olub.
Nazir müavini cəzaçəkmə müəssisələrində məhkumlarla görüşərək onların saxlanma şəraiti, tibbi təminatı, islah prosesi, asudə vaxtlarının təşkili ilə maraqlanıb, onlarla fərdi qaydada səmimi söhbətlər aparıb. İstehsalat, idman sahələri, görüş otaqları, tibb məntəqəsi ilə tanış olub, infrastrukturun abadlaşdırılması, islah işinin səmərəli təşkili, məhkumlara göstərilən tibbi yardımın yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə tapşırıqlarını verib.
Məhkumlar görüşdən məmnunluqlarını bildirib, saxlanma şəraitinin diqqət mərkəzində saxlanması və hüquqlarının qorunmaları ilə bağlı Ədliyyə Nazirliyinə və rəhbərliyə minnətdarlıqlarını ifadə ediblər.