...

Hüquqi biliklərin praktikada tətbiqi barədə fikir mübadiləsi aparılıb

16-03-2026 | 18:08

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin IV kurs tələbələri ilə görüşüb.
Görüş zamanı nazir müavini tələbələrlə hüquq sistemi, ədliyyə orqanlarının fəaliyyəti və bu sahədə aparılan islahatlar barədə danışıb. Bildirilib ki, gənclərin nəzəri biliklərinin praktik fəaliyyətlə möhkəmləndirilməsi onların gələcək peşə fəaliyyətində mühüm rol oynayır.
Görüş çərçivəsində cinayət və mülki sahədə praktikada fikir ayrılığı doğuran bir neçə məsələ tələbələrlə birlikdə müzakirə edilib. Qaldırılan məsələlər üzrə mövcud problemlərin həlli yollarının axtarılması və hüquqtətbiqetmə təcrübəsində vahid yanaşmanın formalaşdırılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, qanunvericiliyin normalarının təhlil bacarıqlarının inkişaf etdirilməsi və normaların praktikada düzgün tətbiqinin əhəmiyyəti qeyd olunub. Tələbələr isə belə görüşlərin onların peşə hazırlığı baxımından faydalı olduğunu bildiriblər.