...

Əməkdaşlarımız yaşıllaşdırma aksiyasında fəal iştirak edirlər

05-05-2025 | 08:58

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəflinin diqqəti və nəzarəti ilə muxtar respublika ərazisində keçirilən yaşıllaşdırma aksiyasında ədliyyə orqanlarının əməkdaşları da fəallıqla iştirak edirlər.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən aksiyalarda ədliyyə sistemi əməkdaşları yaşıllaşdırma və abadlıq işlərinə töhfə verməklə bu sahədə də üzərlərinə düşən vəzifələri həvəslə və məsuliyyətlə yerinə yetirirlər.

Məqsəd yaşıl dünya naminə həmrəy olmaqdan ibarət olub.