...

Ekspertlər təlimdə iştirak ediblər

22-09-2023 | 11:18

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il üzrə fəaliyyət planına uyğun olaraq Bakı şəhərində keçirilmiş təlimə cəlb ediliblər.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilən təlimdə Fiziki-kimyəvi və bioloji ekspertizalar bölməsinin böyük eksperti, III dərəcəli ədliyyə qulluqçusu Zəka Qurbanov və Ballistik və trasoloji ekspertizalar bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Samir Məmmədov iştirak ediblər.

Müasir ekspertiza cihazlarında narkotik vasitələrin psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin keyfiyyət analizinin aparılması” və “Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsi üzrə praktk məşğələ” mövzusunda təşkil edilən təlim ekspertlərin nəzəri və praktiki biliklərinin artırılmasına, eyni zamanda yeni biliklərin əldə olunmasına əhəmiyyətli təsir göstərib.

İki gün davam edən təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb, bəzi maddələrin xüsusi ekspertiza cihazı vasitəsilə analiz edilmiş, alət və vasitə izləri, tamın hissələr üzrə eyniləşdirilməsi tədqiqatları praktik olaraq nümayiş etdirilib, iştirakçılar birbaşa tədqiqatlar aparıb, onları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.