...

Ekspertin məqalələri beynəlxalq jurnallarda dərc olunub

21-05-2024 | 12:01

2024-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin dissertantı, ekspert Emin Əliyevin beynəlxalq elmi jurnallarda iki məqaləsi dərc edilib. Bunlardan biri Böyük Britaniyanın “Beynəlxalq Din Jurnalı”nın “Hüquq” elminə dair buraxılışında “Psoxofizioloji keyfiyyətlərin müəyyən olunmasında əlyazma mətnlərin kriminalistik tədqiqatı”, digəri isə Almaniyanın  beynəlxalq nüfuza malik "Müasir elmi jurnal"ında “Xəttin xüsusi əlamətləri olan baş hərflərin kateqoriyası” mövzularında dərc olunan məqalələrdir.

Ekspertiza işlərinin aparılması ilə bağlı məqalələrin nəşr olunduğu adıçəkilən jurnallar beynəlxalq nüfuza malik olmaqla yanaşı, elmi tərəqqini geniş oxucu auditoriyasına çatdırmaq məqsədi daşıyır, həmin nəşrlər elm aləmindəki ən son kəşflər haqqında məlumatları ən dolğun və eyni zamanda əlçatan formada təqdim edirlər.

Həmin məqalələr ekspertin "Azərbaycan dilində icra olunmuş əlyazma mətnlərin icraçısının psixofizioloji keyfiyyətlərinin müəyyən edilməsinin kriminalistik tədqiqatı" dissertasiyası üzrə aparılan elmi tədqiqat işini də əhatə edir.  

Qeyd edək ki, müəllifin indiyədək xarici beynəlxalq jurnallarda 5, ümumilikdə isə 27 elmi məqaləsi dərc olunub.