...

Əfv Sərəncamı Naxçıvanda icra olundu

23-09-2026 | 17:55

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə ümumilikdə 20 nəfər əfv edilib.

Əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.

Sərəncamın icrası dərhal təmin edilib, adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.