...

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilir

15-04-2024 | 14:11

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin  kadr korpusunun  şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün nazirlik növbəti müsabiqə elan edir. Müsabiqəyə çıxarılan vakant vəzifələr yerli icra və probasiya qurumlarındadır.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən, ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər nazirliyin “njustice.gov.az” saytının“qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə həyata keçirə bilərlər. Sənəd qəbulu 22 aprel 2024-cü il tarixdən 22 may 2024-ci il tarixədək aparılacaq.

Müsabiqənin birinci mərhələsi-test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbət mərhələsinə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər  imtahana hazırlıqla bağlı nazirliyin internet səhifəsinin njustice.gov.az "Qulluğa qəbul" bölməsində yerləşdirilən  “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar”dan yararlana bilərlər.

Yaranan suallarla bağlı namizədlər 545-00-69 nömrəli telefona zəng etməklə məlumat əldə edə bilərlər.