...

Ədliyyə Nazirliyinin kollektivi sərgi-satışla tanış olublar

04-10-2023 | 14:56

Sentyabr ayının 29-dan başlayaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilir.

Oktyabrın 04-də Ədliyyə Nazirliyinin kollektivi də sərgi-satışda iştirak etmişdir. Baxış zamanı bələdçi tərəfindən sərgi-satışda nümayiş olunan əl işləri barədə ətraflı məlumat verilmişdir.  Qeyd olunmuşdur ki, sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.

Qeyd edək ki, sərgi-satışda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar tərəfindəm taxtadan və duzdan hazırlanmış müxtəlif suvenirlər və digər əl işlərindən ibarət məhsullar da sərgilənir. Həmin məhsullar insanlar tərəfindən maraqla qarşılanır, bu isə öz növbəsində istedadlı məhkumlara ərsəyə gətirdikləri əl işlərinin artırılmasına stimul verir.