Ədliyyə Nazirliyinin əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub
21-06-2025 | 16:10
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, 44 ildən artıq Şərur rayon qeydiyyat şöbəsində fəaliyyət göstərən Əlizadə Nuridə Rəşid qızı da vardır.
Bu yüksək təltif həm də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində dövlət qulluğunun inkişafına verilən dəyərdir.
Dövlətimizin başçısına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, təltif olunan dövlət qulluqçularını bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!