...

Ədliyyə Nazirliyində Xocalı Soyqırımına həsr olunan tədbir keçirilib

27-02-2024 | 10:56

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Xocalı Soyqırımının törədilməsinin 32–ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Nazirliyin aparatının və tabe qurumların əməkdaşları iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı şəhidləri və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilib.

Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış edərək Xocalı Soyqırımının Azərbaycan tarixinə ən böyük faciələrdən biri kimi həkk olunduğunu, xalqımızın bu dəhşətli hadisəni heç vaxt unutmayacağını bildirib. Qeyd olunub ki, Xocalıda həlak olan dinc sakinlər, o cümlədən uşaqlar, qadınlar və qocalar yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirilib. Bu hadisə insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən və erməni vəhşiliyinin bariz nümunələrindən biri kimi soyqırımdır.

Vurğulanıb ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində faciənin əsl mahiyyəti, başvermə səbəbləri və günahkarları üzə çıxarılmışdır. Xocalı həqiqətlərinin müxtəlif siyasi platformalarda bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan təbliğat işlərinin nəticəsində, bir sıra ölkələrdə və şəhərlərdə soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilib və erməni terrorçuluğu pislənilib. Xocalı soyqırımının beynəlxalq miqyasda tam hüquqi qiymətini alması, Xocalı qatillərinin cəzalandırılması istiqamətində çoxşaxəli tədbirlər yenə də davam etdirilir.

Tədbirdə Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanovun, şöbənin əməkdaşları Həbibə Əliyevanınvə Nuranə Kərimovanın mövzu ilə bağlı çıxışları dinlənilib.