
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində vakant yer müsabiqəyə çıxarılıb
05-02-2025 | 16:12
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 5 fevral 2025-ci il tarixdə müvafiq dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə elan edilib.
Elanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Maliyyə və təminat şöbəsində aparıcı məsləhətçi (satınalınmalar üzrə) vəzifəsi də müsabiqəyə çıxarılıb.
Sənəd qəbulu 6 mart 2025-ci il tarixədək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562