...

Ədliyyə Nazirliyində vakant yer müsabiqə üzrə müsahibəyə çıxarılıb

23-09-2024 | 12:27

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə müvafiq dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elan edilib. Elanda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat bölməsində aparıcı məsləhətçi-kompüter üzrə vəzifəsi də müsahibəyə çıxarılıb.

Sənəd qəbulu oktyabr ayının 22-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil ola bilərlər.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=553