
Ədliyyə Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
Bu gün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə nazirliyin rəhbər şəxsləri və əməkdaşları ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Ədliyyə Nazirliyində davam etdirilib. Tədbirin açılışında çıxış edən nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Heydər Əliyevin hüquq sisteminin formalaşmasında və inkişafında oynadığı müstəsna roldan bəhs edib. Bildirilib ki, Ulu Öndər Azərbaycanın hüquqi əsaslarının yaradılması ilə yanaşı, regionun inkişafına da böyük töhfə verib.
Tədbirdə Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov, Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi Səttar Zamanov və həmin idarənin əməkdaşı Həbibə Əliyeva da çıxış edərək Ulu Öndərin hüquq sahəsindəki xidmətlərinə dair fikirlərini bölüşüblər.
Sonda Hüseyn Səfərovun imzaladığı əmrə əsasən, səmərəli fəaliyyətləri ilə seçilən bir sıra əməkdaşlar təltif olunub.
Qeyd edək ki, tədbir Ulu Öndər Heydər Əliyevin dövlətçilik və hüquq sahəsindəki misilsiz xidmətlərini bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |