Ədliyyə Nazirliyin kollektivi Zəfər Abidəsini ziyarət edib
07-11-2024 | 18:34
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərinin dördüncü ildönümü ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında böyük qürur və fəxarət hissi ilə qeyd olunur.
08 Noyabr –Zəfər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov və nazirliyin kollektivi Naxçıvan şəhərində tarixi Qələbəmizi simvolizə edən Zəfər Abidəsi önünə gül dəstələri qoyub, qəhrəman şəhidlərimizi yad edərək ehtiramlarını ifadə ediblər.