...

Ədliyyə Nazirliyi “BookFest”-də

10-05-2024 | 18:22

08-11 may 2024-cü il tarixlərində Naxçıvan şəhərindəki “Saat meydanı” Turistik İstirahət Mərkəzində təşkil olunan Kitab Festivalında qiraət saatı və panel müzakirələrdə iştirak çərçivəsində Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov iştirak edib. Nazir müavini balaca kitbasevərlər üçün dramaturq, jurnalist, Azərbaycanda və Şərqdə ilk qadın və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim, kiçik hekayənin böyük ustadı Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsini qiraət edib. Sonra uşaqların hekayəyə marağını nəzərə alaraq kitab sərgisindən oxuduğu kitabdan və uşaqların diqqətini çəkən digər kitablardan bir neçəsini alaraq onlara hədiyyə edib. Uşaqlarla kitabla bağlı təəssüratlarını paylaşıb, xatirə şəkilləri çəkdirib.

Daha sonra Kitab Festivalı çərçivəsində təşkil olunan panel müazkirədə nazirliyin əməkdaşı İradə Quliyeva ilə birlikdə “Ailə-uşaq münasibətlərində ünsiyyət hüququ” mövzusunda müzakirə aparıb. Mövzu ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, nazirliyin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin məhkumları tərəfindən hazırlanan əl işləri də festivalda sərgilənir. Müxtəlif materiallardan hazırlanan 200-dən artıq əl işi festival iştirakçıları tərəfindən maraqla qarşılanır.