...

Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Naxçıvan şəhərində keçiriləcək “GreenFest” festivalı çərçivəsində panel müzakirəədə iştirak edəcək

24-10-2024 | 12:37

26 oktyabr saat 11:00-da “Saat Meydanı” İstirahət Mərkəzində COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvan şəhərində keçiriləcək “GreenFest” festivalı çərçivəsində rəsmilərin iştirakı ilə önəmli məsələlərin panel müzakirələri keçiriləcək. Həmin gün saat 17:10-18:00 tarixdə “İqlim təsirlərindən irəli gələn itkilərin və zərərin ödənilməsi:Hüquqi məsuliyyət” mövzusunda təşkil edilən panel müzakirəsində Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov da iştirak edərək “İqlim çağırışlarına hüququn cavabı:retrospektiv baxış” mövzusunda çıxış edib, verilən sualları cavablandıracaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Dövlət Universiteti və Dövlət Energetika Xidmətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və yaşıl enerji potensialını nümayiş etdirmək, eyni zamanda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.