...

Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Şahbuz rayonunda vətəndaşları qəbul edib

25-06-2024 | 18:47

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov iyun ayının 25-də Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərinə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, şikayət və ərizələri sənədləşdirlib. Müraciətlərdə qaldırılan məsələlər üzrə ətraflı izahlar verilib, əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin qəbulda iştirak edən əməkdaşlara tapşırıqlar verilib.