Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Babək rayonunda vətəndaşları qəbul edib
20-02-2025 | 17:49
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov fevral ayının 20-də Babək Rayon İcra və Probasiya Şöbəsində vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərinə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, şikayət və ərizələri sənədləşdirlib. Müraciətlərdə qaldırılan məsələlər üzrə ətraflı izahlar verilib, əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması üçün nazirliyin əməkdaşlarına tapşırıqlar verilib.