...

Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edəcək

13-09-2023 | 11:27

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.Vətəndaşlar qəbula Muxtar Respublikanın Ədliyyə Nazirliyi (ünvan: Ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1, əlaqə telefonları: (+994 36) 544 54 70, (+994 51) 704-33-00), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.